DOLAR 32,5038 % 0.08
EURO 34,7826 % -0.12
STERLIN 40,2943 % -1.04
FRANG 35,7169 % 0.28
ALTIN 2.499,53 % 0,61
BITCOIN 2.115.183 3.674

“ABŞ-IN MƏQSƏDİ ƏRDOĞANIN SÜLH TƏŞƏBBÜSÜNÜ ŞÜBHƏ ALTINA ALMAQDIR…”

Yayınlanma Tarihi : Google News
“ABŞ-IN MƏQSƏDİ ƏRDOĞANIN SÜLH TƏŞƏBBÜSÜNÜ ŞÜBHƏ ALTINA ALMAQDIR…”
0

Türkiyənin Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılması və sülh təşəbbüsləri niyə bəzi ölkələri ciddi narahat edir?

Politoloq Azad Məsiyev “Təzadlar”ın bu və ya digər suallarını cavablandırır:

 -Azad müəllim, bu yaxınlarda ABŞ-ın nüfuzlu “Foreign Policy” nəşri bəzi mənbələrinə istinad edərək qeyd edir ki, 2022-ci ilin sonundan başlayaraq guya Türkiyə “Soyuq müharibə” dövründən qalma kasetli sursatları Ukraynaya göndərməyə başlayıb. Bu məlumat həm Rusiya, həm də Türkiyə ictimaiyyətində ciddi müzakirə olunmaqdadır… Szin fikrinizcə, bu məlumatlar Rusiya-Türkiyə münasibətlərinə necə təsir edə bilər?

 -Bildiyiniz kimi, Türkiyənin “Yurdda sülh-Cahanda sülh” fəlsəfəsi var, bu ideyanı Türkiyə dövləti adına prezident Ərdoğan layiqincə həyata keçirməkdədir. Hətta Birləşmiş Millətlər Təşkilatının (BMT) edə bilmədiyini prezident Ərdoğan həyata keçirdi və qismən də olsa dünyanı aclıqdan qurtardı. Ukrayna taxılının dünya bazarına çıxmasına nail olundu. Hazırda da Ukrayna-Rusiya münaqişəsini dayandırmaq üçün səylərini davam etdirməkdədir və s.Təəssüflər olsun ki, bu münqişəni yaradanlar başda ABŞ və Avropa dövlətləri, prezident Ərdoğanın bu təşəbbüsündən narahatdırlar. NATO blokunda gücünə görə ikinci dövlət sayılan Türkiyə ABŞ və Qərbin avanturist siyasətinə əks olaraq həm Türkiyənin milli maraqlarına uyğun olaraq, həm də BMT tərəfindən tanınan digər türkdilli cümhuriyyətlərin maraqlarına uyğun olaraq Rusiya ilə münasibətini yüksək səviyyədə qorudu və indi də inkişaf etdirmək kursu həyata keçirir.  Prezident Ərdoğanın bu siyasəti ABŞ tərəfindən məqbul sayılmır, bu münasibəti pozmaq üçün təxribatlardan belə çəkinmirlər… Bu vaxta qədər dəfələrlə Türkiyəyə qarşı xoşa gəlməyən təxribatlar olmuşdur. Xatırlatmaq yerinə düşərdi ki,  Rusiyanın Su-24 qırıcı-bombardmançı təyyarəsinin Türkiyənin Hatay vilayətinin  Yayladağ rayonundan 4 km aralıda vurulması, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun  qətlə yeririlməsi, Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksləri ilə bağlı Türkiyəyə edilən təzyiqlər dediyim təxribatların tərkib hissələri idi.  Sualınıza gəlincə,  “Foreign Policy” nəşrinin yaydığı dezinformasiya xarakterli məlumat təsadüfi deyil. Belə məlumatlar ABŞ Dövlət Departamenti və ya Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən məqsədyönlü, planlı şəkildə mətbuata ötürülür. ABŞ-ın siyasi dairələrinin məqsədi prezident Ərdoğanın sülh təşəbbüsünə kölgə salmaq, Türkiyə-Rusiya münasibətlərini korlamaqdır. Əslində,Türkiyə-Rusiya münasibətlərinin normal olması Türkiyənin Türkdilli dövlətlərə açılan bir qapıdır. Məlumat üçün deyim ki, bu yaxınlarda “Gezici” Araşdırmalar Mərkəzi Türkiyəinin 24 vilayətində  sorğu keçirmişdir. Sorğuda iştirak edən sakinlərin 90 %-i ABŞ-ı Türkiyənin düşməni, 62 %-dən çoxu isə Rusiyanı dost ölkə hesab edir. Sorğuda iştirak edənlərin 72,8 %-i isə əminlikə bildirib ki, Rusiya ilə münasibət yaxşı olmalıdır. Hesab edirəm, Azərbacan cəmiyyəti də bunlardan nəticə çıxarmalıdır…

A.Məmmədli

YORUM YAP