Ukrayna Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor, uzun illər Ukraynada diplomatik fəaliyyətlə məşğul olmuş Arif Quliyev ötən gün «Təzadlar»ın qonağı oldu.
Professor olduqca maraqlı faktlar açıqladı (Bu gün saat 17:00-da A.Quliyevin TezadlarTV efirində geniş videomüsahibəsi yayımlanacaq).
A.Quliyevin söhbətindən belə məlum olurdu ki, ermənilərin bütün vasitələrlə mane olmalarına baxmayaraq, Kiyevdə məhz onun ciddi cəhdləri sayəsində vaxtilə 26 Bakı Komissarlarının adına olmuş prospektin adı də\yişdirilərək «Azərbaycan» adlandırılmışdır. Ən maraqlısı, elə həmin prospektdə həm də Heydər Əliyevin adını daşıyan parkın açılışı olub. Azərbaycan prospekti Kiyevdə ən nümunəvi prospektlərdən biri kimi məşhurdur.
Asif Memmedli